AZ

Zelenski Qərbin yeni Patriot sistemlərinin satışını yubatmasından şikayətlənib

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrinin Ukrayna üçün yeni "Patriot" sistemlərinin satışı ilə bağlı qərarı yubatmasından şikayətlənib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb.

"Bizim ən yüksək siyasi səviyyədə Patriotların alınması ilə bağlı razılığımız var və bu razılaşma maliyyə, hüquqi, həmçinin texniki səviyyələrdə icra olunmasını gözləyir. Bu gözlənti çox uzandı", — deyə o, bildirib.

Zelenski bildirib ki, bu günə qədər Kiyevə yeni "Patriot" sistemlərinin tədarükü üzrə hətta hüquqi addımlar belə işlənib hazırlanmayıb. Bununla belə, o, bir həftə ərzində "bütün hazırlıq addımlarını" başa çatdırmaq istəyir. Məsələ ilə bağlı aydınlıq olmadığı təqdirdə isə Zelenski "ciddi kadr qərarları" verəcəyini anons edib.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
icma.az

2Mənbələr