AZ

ABŞ Cənubi Qafqazda Rusiyanı sıxışdırır

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri N. Paşinyan Rusiyanın mümkün sui-qəsdlərindən qorunmaq üçün ABŞ səfirliyində qalır. Ermənistan Baş nazirinin mühafizəsi və mümkün təxribatların önləmək üçün CİA Ermənistanda fəaliyyətini genişləndirib. Ermənistanda seçkilər təkcə bu ölkənin daxili işi deyil, ümumi olaraq Cənubi Qafqazın geosiyasi nizamına həlledici təsir edəcək bir siyasi hadisədir. Belə olmasaydı Rusiyanın açıq şəkildə Ermənistana təzyiqləri və ABŞ bu ölkənin baş nazirinə tam dəstəyi baş tutmazdı. ABŞ Azərbaycan, Ermənistanla əlaqələri inkişaf etdirir. Hər iki ölkə ilə strateji tərəfdaşlıq Xartiyası imzalayıb. Artıq Gürcüstanla da münasibətləri normallaşması istiqamətində işlər aparır. Çünki, B. İvanaşvili kölgəsində olan "Gürcü Arzusu" hökuməti Moskvaya yaxındı və izlədiyi siyasət regionunun siyasi gələcək vizionu ilə paradoksdu.ABŞ Cənubi Qafqaz siyasətində Rusiyanı sıxışdırmaq siyasəti aparır. Xüsusilə, bunu Ermənistanda edir. Vaşinqton Cənubi Qafazda öz geosiyasi mövqelərini gücləndirməklə regionda yeni bir siyasi -iqtisadi mərhələyə başlayır.Məhəmməd Əsədullazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
2
newscenter.az

3Mənbələr