AZ

“Made in Azerbaijan” brendi adı altında ixrac edilən məhsulların çeşidi arta bilər

Newscenter.az saytına istinadən ain.az xəbər verir.

“Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin ardınca Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramının təsdiq edilməsi bu sahədə mövcud olan bir sıra problemlərin həllində əsas baza rolunu oynayacaq. Dövlət Proqramının icrası daxili istehsalın artımı ilə yanaşı, ixrac potensialımızı da artıra bilər”.Bunları Newscenter.az-a iqtisad elmləri doktoru Arzuman Muradlı deyib. O bildirib ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər və görülən işlər “Made in Azerbaijan” brendi adı altında dünyaya ixrac edilən məhsulların çeşidinin artmasına imkan yaradar:“Bildiyiniz kimi bu gün Azərbaycan “Made in Azerbaijan” brendi adı altında dünyanın əksər ölkələrinə məhsul ixrac edir. Sevindirici hal ondan ibarətdir ki, ixrac coğrafiyamız hər ötən il daha da artır və Azərbaycan məhsulları alan ölkələr sırasına yeniləri qoşulur. Təbii ki, bu da ölkəyə xarici valyutanın daxil olması, iqtisadiyyatın inkişaf etməsi deməkdir. Ancaq onu da nəzərə almaq lazımdır ki, ixrac coğrafiyamıızı daha da genişləndirmək və “Made in Azerbaijan” brendinə yeni məhsulların əlavə edilməsi üçün aqrar sahədə ciddi addımların atılmasına ehtiyac var. İlk növbədə bunun üçün həm istehsalı artıraraq daxili tələbatı tam ödəmək lazımdır, həm də ixraca nail olmaq. Məsələn, duz, şəkər, qoz-fındıq və digər məhsullar üzrə daxili tələbat kifayət qədər ödənilir. Bu da bizə ixracı artırmağa imkan verir”.Arzuman Muradlı onu da qeyd edib ki, ancaq digər mal və məhsullar üzrə istehsalat kifayət qədər arzuedilən səviyyədə deyil və dövlət başçısı müşavirədə bununla bağlı iradlarını açıq şəkildə bildirdi:“Hesab edirəm ki, dediyim kimi ixracı artırmaq, “Made in Azerbaijan” brendinə yeni məhsulları əlavə etmək üçün aqrar sahədə, kənd təsərrüfatında daha məhsuldar işləmək, yeni texnolgoyaların tətbiqi ilə bu sahəni bir qədər də inkişaf etdirib ərzaq təhlükəsizliyini tam təmin etməyin fonunda nail olmaq mümkündür”.Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
newscenter.az

2Mənbələr