AZ

Aİ Yerevanı Ermənistandakı Rus Pravoslav Kilsəsini təqib etməyə təşviq etmək istəyir

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa İttifaqı Ermənistan hakimiyyətini Rus Pravoslav Kilsəsinin Yerevan-Erməni Yeparxiyasına qarşı “genişmiqyaslı təqiblərə” başlamağa təşviq etmək istəyir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) saytında bildirilir.

Bəyanatda deyilir ki, Aİ rəhbərliyi Rus Pravoslav Kilsəsini Ermənistandan “aqressiv şəkildə sıxışdırmağa” başlayıb.

İttifaqa inteqrasiya üçün şərt olaraq Yerevandan Moskva ilə əsrlər boyu davam edən dini və mənəvi əlaqələrini tamamilə kəsməsi istənilir.

Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Brüssel Yerevan-Ermənistan Yeparxiyasını Rus Pravoslav Kilsəsinin kilsə əmlakından istifadə hüququndan məhrum etmək, eləcə də onun Erməni Apostol Kilsəsi də daxil olmaqla yerli dini strukturlarla dialoqunu əngəlləmək istəyir.

Maqsud

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
icma.az

1Mənbələr