Bu ilin yanvar-aprel aylarında Azərbaycan Almaniyaya 127,5 milyon dollarlıq 270,5 min ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac edib. Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi məlumat yayıb.
2025-ci ilin analoji dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 149 milyon dollar, həcm ifadəsində isə 229,5 min ton azalıb. Keçən ilin yanvar-aprel aylarında Azərbaycandan Almaniyaya 276,5 milyon dollarlıq 500 min ton neft və neft məhsulları tədarük edilib.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 17,403 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9% çoxdur. Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dolları ixrac, 5,5 milyard dolları isə idxal olub.
Qeyd edək ki, son bir ildə ixracın həcmi 3,1 milyard dollar və ya 35,2% artıb. Eyni zamanda, idxalın həcmi 2,6 milyard dollar azalaraq 32,1% təşkil edib.
Almaz Həsənli