AZ

Mehriban Abasquliyeva fasilədən sonra məhkəməyə qayıtmayıb

Mehriban Abasquliyeva fasilədən sonra məhkəməyə qayıtmayıb

Hakimin son söz üçün vaxt verdiyi Respublika Perinatal Mərkəzinin eks-direktoru Mehriban Abasquliyeva məhkəməyə qayıtmayıb. AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vəkil fasilə zamanı müvəkkilinin səhhətinin pisləşdiyini və onun təcili olaraq xəstəxanaya çatdırıldığını deyib. Hakim Leyla Əsgərova Məmmədova isə bu məlumatın dəqiqləşdirilməsi üçün Səhiyyə Nazirliyinə və təqsirləndirilən şəxsin yerləşdirildiyi deyilən tibb müəssisəsinə sorğu göndəriləcəyini deyib. Hakim əlavə edib ki, məhkəmədən qəsdən yayınma halı müəyyən ediləcəyi halda təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri həbslə əvəz oluna bilər. O, bu xəbərdarlığın birbaşa Mehriban Abasquliyevaya çatdırılmasını da tələb edib. Gözlənilməz vəziyyət yarandığından sonuncu proses sabahadək təxirə salınıb. Xatırladaq ki, M.Abasquliyeva Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı ittiham edilir. O, bu gün məhkəmədə son söz deməli idi, lakin hazır olmadığından hakim hazırlaşmaq üçün eks-direktora 14:00-a kimi vaxt vermişdi. Bundan əvvəlki prosesdə prokuror Abasquliyevanın 8 il həbs edilməsini tələb etmişdi.

Seçilən
20
5
afn.az

6Mənbələr