AZ

Ağdərədə su təminatı hansı mənbələr və neçə zona üzrə həyata keçirilir? Açıqlama

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 iyun, AZƏRTAC

Ağdərə qəsəbəsində su təchizatı üzrə aparılmış araşdırmalara əsasən, su mənbəyi çay məcrasında (Təpəkənd kəndi ərazisi) üfüqi suqəbuledici qurğudan toplanaraq, uzunluğu 37 kilometr polad kəmərlə özüaxımlı rejimdə şəhərdə yerləşən su anbarlarına nəql olunur. Eyni zamanda, 3 ədəd subartezian quyusu istismar edilir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Qəsəbə relyefinə görə 3 zonaya bölünüb və hər bir zona üzrə su anbarı mövcuddur. Şəhərin su xətti şəbəkəsi polietilen borulardan ibarətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
azertag.az

2Mənbələr