Xocavənd şəhərinin su təchizatı çay məcrasından (Qaradağlı kəndi) uzunluğu 9 kilometr olan su kəməri ilə özüaxımlı rejimdə şəhərdə yerləşən su anbarlarına nəql olunur. Şəhər relyefinə görə 3 zonaya bölünüb və hər bir zona üzrə su anbarı mövcuddur. Su şəbəkəsi polietilen borulardan ibarətdir. Hazırda Xocavənd rayonu üzrə 367 abonentə xidmət göstərilir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Hadrut qəsəbəsinin su təminatı isə mövcud suqəbuledici qurğu və qəsəbədaxili 2 ədəd subartezian quyusundan həyata keçirilir. Magistral su kəmərinin diametri 219 millimetr, uzunluğu 5,5 kilometr təşkil edir.