AZ

Azərbaycanda damüstü günəş enerjisinin potensialı açıqlanıb

Azərbaycanda damüstü günəş panellərinin imkanları ilə bağlı aparılan yeni qiymətləndirmənin əsas nəticələri açıqlanıb. bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.

Onun sözlərinə görə, bu sahə həm dekarbonizasiya prosesinin sürətləndirilməsi, həm də əhali və biznesin enerji keçidinə cəlb edilməsi baxımından ən perspektivli istiqamətlərdən biridir, lakin mövcud potensial hələ tam reallaşdırılmayıb.

Agentlik rəhbəri həmçinin qeyd edib ki, ölkənin doqquz strateji şəhərində damüstü günəş fotovoltaik qurğularının imkanları müasir peyk görüntüləri, geoməkan texnologiyaları və dərin öyrənmə üsulları ilə təhlil olunub. Nəticələr şəhər tikililərində günəş enerjisi resurslarının yüksək dəqiqliklə qiymətləndirilməsinə imkan verib.

Cavid Abdullayev vurğulayıb ki, bu göstəricilər damüstü günəş enerjisinin Azərbaycanın gələcək enerji balansında mühüm yer tuta biləcəyini və iqlim, eləcə də enerji hədəflərinə əhəmiyyətli töhfə verəcəyini göstərir.

Aytac

Seçilən
26
anews.az

1Mənbələr