AZ

"Təqdim olunan dəyişikliklər məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına xidmət edir"

Bu gün biz fəxarət hissi ilə qeyd edə bilərik ki, Böyük Qayıdış uğurla icra olunmaqdadır. Qarabağda və Şərqi Zəngəzurda sözlə ifadə oluna bilməyəcək tərzdə genişmiqyaslı bərpa-quruculuq işlərə aparılır.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

O bildirib ki, torpaqlarımız minalardan və partlamamış hərbi sursatlardan təmizlənir, yeni infrastruktur yaradılır və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradılıb. Burada qeyd olunduğu kimi, artıq 10 şəhər, 3 qəsəbə və 31 kənd olmaqla 44 yaşayış məntəqəsində Böyük Qayıdışa start verilib və 85 mindən çox soydaşımız artıq Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb, təhsil alır, müxtəlif sahələrdə fəaliyyət göstərir.

Sədr müavini qeyd edib ki, bu gün təqdim olunan Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ölkəmizin hazırkı tarixi mərhələsində qarşımızda duran ən mühüm vəzifənin, Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan dövlət siyasətinin və ölkəmizin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindən olan Böyük Qayıdışın hüquqi bazasını möhkələndirmək məqsədi daşıyır. Bu dəyişikliklər birbaşa işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına və onların daimi məskunlaşma prosesinin sürətləndirilməsinə xidmət edir.

Seçilən
1
7
redaktor.az

8Mənbələr