AZ

“Maariflən, dəstək al, inteqrasiya ol”: YENİ LAYİHƏ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən "Maariflən, dəstək al, inteqrasiya ol" layihəsinə başlanılıb.

Layihənin əsas məqsədi insan alveri və məişət zorakılığı qurbanlarına təhlükəsiz sığınacaq, hüquqi, psixoloji, sosial və tibbi reabilitasiya xidmətləri göstərmək, onların cəmiyyətə reinteqrasiyasını dəstəkləmək və təkrar zorakılıq və istismar risklərinin qarşısını almaqdır.

Dörd ay davam edəcək layihə çərçivəsində 25 nəfərin, o cümlədən 10 qadının və 15 yetkinlik yaşına çatmamış uşağın mərhələli reabilitasiyası və sosial inteqrasiyası nəzərdə tutulur. 

Benefisiarların hər biri üçün fərdi ehtiyaclara uyğun dəstək planları hazırlanacaq, onların təhlükəsizliyinin təmin olunması, psixoloji vəziyyətinin stabilləşdirilməsi və sosial müstəqilliyinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçiriləcəkdir.

Layihə çərçivəsində benefisiarlara aşağıdakı xidmətlər göstəriləcəkdir:

* Təhlükəsiz sığınacaq və yaşayış şəraitinin təmin olunması;

* Psixoloji məsləhət və psixososial dəstək xidmətləri;

* Hüquqi yardım və hüquqların müdafiəsi üzrə məsləhətlər;

* Sosial işçi müşayiəti və fərdi reabilitasiya planlarının hazırlanması;

* Tibbi xidmətlərə çıxışın təşkili;

* Təhsil, peşə hazırlığı və məşğulluq imkanlarına yönləndirmə;

* Uşaqlar üçün inkişafetdirici, təhsil və sosial adaptasiya tədbirlərinin təşkili.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi hesab edir ki, insan alveri və məişət zorakılığı qurbanlarının müdafiəsi yalnız ilkin təhlükəsizliyin təmin edilməsi ilə məhdudlaşmamalıdır. 

Davamlı nəticələrin əldə olunması üçün onların sosial, psixoloji və iqtisadi baxımdan gücləndirilməsi, cəmiyyətə inteqrasiyası və müstəqil həyat qurmaq imkanlarının artırılması xüsusi əhəmiyyət daşıyır.

Layihənin icrası nəticəsində benefisiarların həyat keyfiyyətinin yüksəldilməsi, sosial təcridin azaldılması, onların hüquqlarının müdafiəsinin gücləndirilməsi və gələcəkdə təkrar zorakılıq və istismar risklərinin minimuma endirilməsi gözlənilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
4
olaylar.az

6Mənbələr