AZ

“Tibbi Rəqəmsal Əkiz Sistemi” Elektron Sağlamlıq Kartı Sistemi əsasında formalaşıb

Bakı, 3 iyun, AZƏRTAC

Son 4 ildə sahəvi tələblər nəzərə alınaraq, səhiyyə sahəsində 20-dən çox yeni sistem və informasiya resursu formalaşdırılıb. Onların arasından bir neçəsi ölkəmiqyaslı mühüm rəqəmsallaşma layihələri kimi uğurla tamamlanıb və istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bunu “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatı zamanı səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov deyib.

O bildirib ki, “Tibbi Rəqəmsal Əkiz Sistemi” 2007-ci ildə yaranan Elektron Sağlamlıq Kartı Sistemi əsasında formalaşıb.

“Elektron Sağlamlıq Kartı Sistemində formalaşan sağlamlıq məlumatları o dövrün tələblərinə uyğun olaraq çiplə təchiz edilmiş fiziki daşıyıcılarda vətəndaşlara təqdim edilirdi. İlk sağlamlıq kartı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən yenidoğulmuş uşağın valideyninə təqdim edilib. Bu gün biz həmin təşəbbüsü ən qabaqcıl rəqəmsal imkanları nəzərə alaraq müasir səhiyyə platformasına çevirmişik”,- deyə səhiyyə nazirinin müşaviri vurğulayıb.

Seçilən
5
3
azertag.az

4Mənbələr