AZ

Xankəndinin su təchizatı və kanalizasiya sisteminin mövcud vəziyyəti

Yazını böyüt
Yazını kiçilt

Xankəndi şəhərinin su təchizatı, hidravliki zonaları və kanalizasiya sistemlərinin mövcud vəziyyəti ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb.

Hafta.az xəbər verir ki, Azərbaycan Su Ehtiyatları Agentliyinin (ADSEA) məlumatına görə, Xankəndi şəhərinin su təchizatı üzrə aparılmış araşdırmalara əsasən, şəhər ərazisində 15 ədəd subartezian quyusu mövcuddur.

Şəhər relyefinə görə 10 zonaya bölünüb və hər bir zona üzrə su anbarları (15000 m3) mövcuddur. Şəbəkə polietilen borulardan ibarətdir, suyun təmizlənməsi ilə bağlı 2 ədəd su təmizləyici qurğu, eləcə də suyun zərərsizləşdirilməsi ilə bağlı xlorator qurğusu və suyun uçotunun aparılması üçün yeraltı quyularda quraşdırılmış su sayğacları mövcuddur.

Xankəndi şəhərində fəaliyyəti bərpa edilimiş dövlət qurumlarına və müxtəlif təşkilatların işçilərinin məskunlaşdığı 3264 abonentə xidmət göstərilir.

Eyni zamanda, şəhərin hidravliki zonalarının və kanalizasiya sisteminin araşdırılması işləri aparılıb.

Şəhərin tullantı sularının kənarlaşdırılması üçün şəbəkə və kollektorlar mövcuddur. Tullantı suları 27 nöqtədən şəhərin kənarında yerləşən dərələrə axıdılır. Hazırda 67 kilometr uzunluqda kanalizasiya şəbəkəsi istismar olunur.

Seçilən
1
5
hafta.az

7Mənbələr