AZ

Aİ Ermənistandan Moskva ilə dini və mənəvi əlaqələrini tamamilə kəsməsini tələb edib - Rusiya Xarici Kəşfiyyat Xidməti

Avropa İttifaqı (Aİ) rəhbərliyi Rusiya Pravoslav Kilsəsini Ermənistandan qovmaq üçün aqressiv şəkildə çalışaraq Yerevandan Moskva ilə əsrlər boyu davam edən dini və mənəvi əlaqələrini tamamilə kəsməsini tələb edib.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti bəyanat yayıb.

"Avropalı dəccallar Ermənistandakı Rus Pravoslav Kilsəsinə göz dikiblər. Bizə daxil olan məlumata görə, Aİ rəhbərliyi Rus Pravoslav Kilsəsini Ermənistandan qovmağa aqressiv şəkildə başlayıb. Avropaya inteqrasiya üçün ilkin şərt olaraq, Ermənistan hakimiyyətindən Moskva ilə əsrlər boyu davam edən dini və mənəvi əlaqələri tamamilə kəsmək istənilib", - deyə vurğulanıb.

Bildirilib ki, Aİ Yerevan-Ermənistan Yeparxiyasını Rus Pravoslav Kilsəsinin kilsə əmlakından istifadə etmək hüququndan məhrum etməyə və yerli dini strukturlarla, ilk növbədə Erməni Apostol Kilsəsi ilə dialoqunu bloklamağa çalışır.

Qeyd olunub ki, Avropa İttifaqı Ermənistandakı "hibrid" təhdidlərlə necə mübarizə aparmaq niyyətində olduğunu Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci Hərbi Bazasında Baş Mələk Mixail Kapellasının keşişi, Rus Pravoslav Kilsəsinin üzvü Ata Timofey Qazaryana qarşı qəddar hücum həyata keçirməklə açıq şəkildə nümayiş etdirib:

"Brüssel tərəfindən dəstəklənən QHT-lər, Məlumatlı Vətəndaşlar Birliyi və Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi, təvazökar keşişi Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərinə müdaxilə etməkdən başqa bir şeydə ittiham ediblər. Sözdə avropalı tərəfdaşlar hazırda Rusiya Pravoslav Kilsəsinin Yerevan-Ermənistan Yeparxiyasının digər nümayəndələrinə qarşı Ermənistan hakimiyyətini onlara qarşı genişmiqyaslı təqiblərə başlamağa təhrik etmək üçün kompromatlar uydururlar", - deyə vurğulanıb.

Bəyanatda əlavə olunub ki, Rusiya və Ermənistanın qardaş xalqları arasındakı əlaqələr istənilən Aİ siyasi texnologiya layihələrindən daha güclüdür və Avropa hücumlarına tab gətirəcək.

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr