AZ

Tibbdə süni intellekt kursları təşkil olunacaq

Yazını böyüt
Yazını kiçilt

Növbəti tədris ilindən başlayaraq "Tibbdə rəqəmsal texnologiyalar və süni intellekt" mövzusunda kursların təşkili nəzərdə tutulur.

Hafta.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi"nin təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, il boyu davam edəcək kurslar bütün tibb ixtisas daşıyıcılarını əhatə edəcək:

"Rəqəmsal savadlılıq və müasir texnologiyalara uyğunlaşma tibb təhsilinin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Prezident İlham Əliyevin də göstərişi ilə aidiyyəti sahədə kadr hazırlığı daim diqqət mərkəzindədir. Rəqəmsal transformasiya təkcə səhiyyənin modernləşdirilməsinə deyil, həm də milli təhlükəsizliyə və cəmiyyətin dayanıqlığına töhfə verir".

Seçilən
4
6
hafta.az

7Mənbələr