AZ

Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı

İyunun 2-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 31 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 187, o cümlədən borclu şəxs qismində axtarışda olan 146 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.
 
Seçilən
2
44
moderator.az

10Mənbələr