AZ

Azərbaycan Banqladeşlə enerji əməkdaşlığını müzakirə edib

Azərbaycan və Banqladeş arasında enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Missiya.Az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, P. Şahbazov Banqladeşin energetika və mineral ehtiyatlar naziri İqbal Həsən Mahmud ilə görüşüb.

Görüşdə mayeləşdirilmiş təbii qaz (LNG) və digər enerji məhsullarının tədarükü, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Banqladeş bazarında fəaliyyət imkanları, uzunmüddətli tərəfdaşlıq və enerji təhlükəsizliyinin təmin edilməsində şaxələndirmənin rolu ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
15
1
missiya.az

2Mənbələr