ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.
ABŞ-da növbəti dəfə atışma olub.Newscenter.az TASS-a istinadən bildirir ki, Ayova ştatının Maskatin şəhərində baş verən atışmada şübhəli şəxs də daxil olmaqla ən azı yeddi nəfər həlak olub. Yerli hüquq-mühafizə orqanının məlumatına görə, polis məişət münaqişəsinin səbəb ola biləcəyini düşünür.İlkin məlumatlara görə, atışma ailə münaqişəsi zəminində baş verib. Bütün qurbanların mərhum şübhəlinin qohumları olduğu güman edilir.Polisin məlumatına görə, yerli vaxtla təxminən saat 12:12-də hüquq-mühafizə orqanları atışma barədə məlumat alıb və hadisə yerinə çatdıqdan sonra dörd nəfərin cəsədini aşkar ediblər. Qətl şübhəlisi artıq hadisə yerindən qaçmış 52 yaşlı Rayan Makfarland kimi müəyyən edilib. O, çay sahilində güllə yarası ilə tapılıb və ehtimal ki, özünə qəsd edib. O, aldığı xəsarətlərdən ölüb.Daha sonra polis cinayətkarın digər qurbanları ola biləcək daha iki qurbanın cəsədini aşkar edib. İstintaq orqanları hadisənin mümkün səbəblərini araşdırır və müəyyən edir.Aygün
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.