AZ

Sabah dan iddialı gediş: Cənubi afrikalı müdafiəçi Bakıya gəlir

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubunun gənc müdafiəçisi Aden Makkarti karyerasını Azərbaycanda davam etdirəcək.

Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, 21 yaşlı perspektivli futbolçu artıq Azərbaycan Premyer Liqasının son çempionu "Sabah" klubu ilə ortaq məxrəcə gəlib.

Yayılan iddialara görə, gənc futbolçu Bakı təmsilçisi ilə üçillik rəsmi müqaviləyə razılaşıb. Tərəflər arasında imzalanacaq sözləşmədə əməkdaşlığın əlavə bir il müddətinə uzadılması variantı da xüsusi bənd kimi öz əksini tapıb.

Qeyd edək ki, gənc futbolçu universallığı ilə diqqət çəkir. O, komandasının həm sol cinahında, həm də mərkəz müdafiəçisi mövqeyində eyni dərəcədə inamlı oyun nümayiş etdirə bilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr