“Sumqayıt”dan ayrılan Rayan Senhadjinin yeni klubu məlum olub.
Rekord.az xəbər verir ki, əlcəzairli müdafiəçi “Tobol”a keçib.
Bu barədə Qazaxıstan klubunun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə anlaşmanın detalları açıqlanmayıb.
Qeyd edək ki, Senhadji 2025/26 mövsümünü “Sumqayıt”da keçirib. O, bu müddətdə 32 oyuna 1 qol vurub.