İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını bitirib.
Sportinfo.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi sosial şəbəkə vasitəsilə yaşıl meydanlarla vidalaşdığını açıqlayıb.
Son üç mövsümü “Brayton”da keçirən Milner İngiltərə Premyer Liqasında 658 matçda iştirak edib ki, bu da turnir tarixində rekorddur.
Karyerası ərzində yalnız İngiltərə klublarında çıxış etmiş Milner, “Brayton”la yanaşı, “Liverpul”, “Mançester Siti”, “Aston Villa”, “Nyukasl” və “Lids”də forma geyinib.
Üç dəfə İngiltərə çempionu, bir dəfə UEFA Çempionlar Liqasının qalibi olan futbolçu ümumilikdə 13 titul qazanıb.