Konfrans çərçivəsində ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf, yaşıl texnologiyalar və innovativ həllərlə bağlı aktual məsələlər müzakirə olunub.
2 iyun tarixində Milli Məclisin deputatı Mahir Süleymanlı Bakı şəhərində yerləşən Ritz-Carlton Hotelində keçirilən “Ağıllı Ətraf Mühit və Yaşıl Texnologiyalar üzrə III Beynəlxalq Konfrans”da (ICSEGT2026) iştirak edib.