AZ

Mərkəzi Asiyada din problemi varmı?

Özbəkistanda dini qrupara münasibər hazırkı prezidentŞavkat Mirziyoyeviqtidara gələndən sonra bir qədər yumşalıb. Amma 2021-ci ildə taliblərin Əfqanıstanda hakimiyyətə qayıtması istər-istəməz hakimiyyəti din mövzusuna həssaslığı artırmağa vadar edir. 2023-cü ildə ölkədə niqab geyilməsi qadağan olundu. Qadağanı pozanları 250-380 dollar arası cərimə gözləyir. Əgər şəxsiyəti identifikasiya etməyə mane olarsa, saqqal saxlamaq da yasaqlanıb.

Hakimiyyət əsasən cəmiyyət üçün ənənəvi olan hənəfi məzhəbinin yayılmasında maraqlıdır. Çünki yerli hənəfilər din ilə hakimiyyətin ayrılığı prinsipinə sadiqdirlər, siyasi islama iddia etmirlər.

Bununla belə, ekspertlərin fikrincə, Mərkəzi Asiya ölkələrində hakimiyyətlərin din sistemi fraqmentar xarakterlidir, sistemlilik və komplekslik çatışmır. Dini qurumlar əksər hallarda xarici ölkələrdən maliyyələşirlər. Bu isə özündə gələcəklə bağlı böyük risklər daşıyır.

Hazırda Mərkəzi Asiyada din ilə bağlı əsas problem kənar qüvvələrin – məsələn, əfqan, ərəb, Pakistan təsirini artmağa qoymamaqdır. Bunun üçün isə təkcə dini qurumları nəzarətdə saxlamaq və qadağalar qoymaq azdır, həm də əhali ilə ideya və dəyərlər mövzusunda fəal işləmək lazımdır.

Tariyel Həsənov
AzVision.az
Seçilən
28
1
azvision.az

2Mənbələr