AZ

Yeni baş məşqçi gəldi, rəhbərlik büdcəni artırdı - Qəpik-quruş

Azər Bağırovu baş məşqçi postuna gətirən «Şamaxı» rəhbərliyi komandanın aylıq maaş büdcəsini artırıb.

«Şirlər»in növbəti mövsümdə əməkhaqqı fondu 100 min manat təşkil edəcək.

Bu isə bu sezonla müqayisədə cəmi 5000 manat çoxdur.

Yeni çalışdırıcı göstərilən rəqəmdən çox məbləğə komanda formalaşdıra bilməz. Bağırovun diqqətinə çatdırılıb ki, sonradan büdcənin artırılması gözlənilmir.

Çünki kluba sponsorların gəlmək ehtimalı yoxdur.

Son olaraq «Kəpəz»də işləmiş mütəxəssis «Şamaxı» ilə 3 illik müqavilə imzalayıb. Onun qarşısına qoyulan öhdəlik bəllidir - komandanı Premyer Liqada saxlamaq.

SPORTİNFO.AZ

Seçilən
33
32
sportinfo.az

10Mənbələr