AZ

"Azəralüminium" istehsal və ixracla bağlı hədəflərini açıqlayıb

"Azəralüminium" MMC 2030-cu ilə qədər illik ixrac dəyərini təxminən 340 milyon manata çatdırmağı planlaşdırır.

"Far.Az" xəbər verir ki, bunu "Azəralüminium"un maliyyə üzrə direktor müavini Ceyhun Abdullayev 31-ci Bakı Enerji Forumunda bildirib.

O qeyd edib ki, hazırda bu rəqəm 80 milyon manat civarındadır: "Biz ən böyük istehsalçılardan biriyik, məhsullarımızı əsasən ixrac edirik. ABŞ, Türkiyə, Yunanıstan və Böyük Britaniya bazarları ilə işləyirik ki, bunlar da alüminiumun böyük istehlakçılarıdır. Hazırda illik ÜDM-ə təsirimiz 85 milyon manatdır. 2030-cu ilə qədər yeni investisiyalarla bu, 295 milyon manat artırılmalıdır. Hazırda ildə təxminən 9 milyon manat mənfəət vergisi ödəyirik. 2030-cu ilə qədər təxminən 23 milyon manat vergi töhfəsi verməyi planlaşdırırıq".

Direktor müavininin sözlərinə görə, illik istehsal gücünün üç il ərzində ikiqat artacağı gözlənilir: "İlkin alüminium üzrə illik gücümüz 2030-cu ilə qədər 50 000 tondan 100 000 tona qaldırılacaq. Yayma məhsullar, xüsusən soyuq yayma məhsulları üzərində işləyirik ki, bu da 50 %-ə qədər çatmalıdır. Alüminium istehsalında əsas istehlak hissələrimizdən biri anod bloklardır. Biz Azərbaycanda anod bloklar istehsalına investisiya qoyacağıq ki, bu da iqtisadiyyatımıza müsbət təsir edəcək".

Seçilən
13
far.az

1Mənbələr