AZ

Ukrayna Rusiyanın hərbi obyektlərinə, neft emalı zavoduna zərbə endirdi - VİDEO

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Krasnodar diyarındakı "İlski" neft emalı zavodunun (NEZ) vurulduğunu bəyan edib.

Bizim.Media "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
 

Məlumata görə, obyekt iyunun 1-də və iyunun 2-nə keçən gecə vurulub. Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verib. Zərərin miqyası dəqiqləşdirilir.


Bundan başqa, Baş Qərargah Vidnoye rayonunda "Pantsir-S1" zenit-raket kompleksinin vurulduğunu və işğal altındakı Krımda Rusiya qoşunlarının gəmisinə zərbə endirildiyini bəyan edib.


Bizim.Media

Seçilən
17
bizim.media

1Mənbələr