AZ

Ermənistanda əsgərin asılmış cəsədi tapılıb

Ermənistanın Qafan şəhərində yerləşən hərbi hissələrdən birində asılmış əsgərin cəsəd tapılıb.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma başlanılıb.

Qeyd olunub ki, cəsədi tapılan əsgər Aramais Gevorgyandır. O əslən Qarabağdandır və hərbi xidmətini 2027-ci ilin yanvarında başa vurmalı idi.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
28
missiya.az

1Mənbələr