Erməni əsgər hərbi hissədə ölü tapılıb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Ermənistan Müdafiə Nazirliyindən verilən məlumata görə, Aramayis Gevorqyanın meyiti saat 12:10 radələrində aşkarlanıb, araşdırmalara başlanılıb.
Məlumata əsasən, əsgərin meyiti Qafandakı hərbi hissədə tapılıb. Hərbçi Qarabağ ermənilərindən olub və 2027-ci ilin yanvarında tərxis olunmalı imiş.
Musavat.com