AZ

Naxçıvanda bayram günlərində təcili yardıma 1005 müraciət olub

Naxçıvanda bayram günlərində təcili yardıma 1005 müraciət olub.

"Report"un yerli bürosunun məlumatına görə, çağırışlardan ikisi zəhərlənmə faktı ilə bağlıdır.

Belə ki, mayın 28-də Naxçıvan şəhərində dərman, mayın 29-da isə Şahbuz rayonunda qida zəhərlənməsi hadisəsi baş verib. Hər iki şəxsə vaxtında və zəruri tibbi yardım göstərilib.

Bundan başqa, ümumilikdə, 150 nəfər müxtəlif tibb müəssisələrinə çatdırılıb.

Seçilən
12
1
far.az

2Mənbələr