AZ

İrandan ABŞ yə mesaj: Etibarsızlıq razılaşmanı gecikdirir

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

İran hələ də ABŞ ilə mümkün anlaşma memorandumunun yekun mətnini nəzərdən keçirir və bu sənədə rəsmi cavab göndərməyib.

Redaktor.az xəbər verir ki, bu barədə yarı-rəsmi "Mehr" agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, İranın danışıqlar qrupuna yaxın olduğu bildirilən mənbə ABŞ-nin öhdəliklərini pozmaq təcrübəsi və etibarsızlıq tarixinin Tehranın məsələyə son dərəcə ehtiyatla yanaşmasına səbəb olduğunu bildirib.

"Amerikanın öhdəlikləri pozmaq təcrübəsi və tarixi etibarsızlıq İranı məsələyə çox sərt yanaşmağa vadar edib", – deyə mənbə qeyd edib.

Mənbənin sözlərinə görə, İran əvvəlki təcrübələri nəzərə alaraq mümkün razılaşmadan "real fayda" əldə etməyə çalışır.

Qeyd edək ki, Tehran və Vaşinqton arasında mümkün razılaşma ilə bağlı danışıqlar bir müddətdir davam edir və tərəflər sənəd üzərində müzakirələri davam etdirirlər.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
49
redaktor.az

10Mənbələr