AZ

İsrail parlamenti özünün buraxılması barədə QƏRAR VERİB

İsrail parlamentinin - Knessetin deputatları növbədənkənar özünüburaxma haqqında qanun layihəsini birinci oxunuşda yekdilliklə qəbul ediblər.

Day.Az xəbər verir ki, bu barədə İsrail mediası səsvermənin nəticələrinə istinadən məlumat yayıb.

Sənədin qəbulunun lehinə Knessetin 106 deputatı səs verib, əleyhinə isə heç bir səs qeydə alınmayıb. Bundan əvvəl qanun layihəsi Knessetin müvafiq komitəsi tərəfindən də təsdiqlənmişdi.

Mayın sonunda Knesset özünüburaxma haqqında qanun layihəsini ilkin oxunuşda qəbul etmişdi. Qanun qüvvəsinə minməsi üçün sənəd parlamentin plenar iclaslarında daha üç oxunuşdan keçərək təsdiqlənməlidir.

İsrail qanunvericiliyinə əsasən, növbəti parlament seçkiləri ölkədə ən geci 27 oktyabr 2026-cı il tarixinədək keçirilməlidir.

Seçilən
5
day.az

1Mənbələr