AZ

Ərdoğanın nəvələrinin sayı 10-a çatdı

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın 10-cu nəvəsi dünyaya gəlib.

 

Pravda.az  Türkiyə mediasına istinadla xəbər verir ki, Prezidentin qızı Sümeyya Ərdoğan Bayraktarla  Selçuk Bayraktarın üçüncü övladı dünyaya gəlib.

 

Sümeyya və Səlcuq Bayraktar cütlüyünü xəstəxanada ziyarət edən Ərdoğan yeni doğulan nəvəsinin və qızının səhhəti ilə maraqlanıb, ailəni təbrik edib.

 

Prezidentin xəstəxana ziyarətində xanımı Əminə Ərdoğan da onu müşayiət edib.

 

Qeyd  olunub ki, Sümeyya və Səlcuq Bayraktar cütlüyü 2017-ci ildə dünyaya gələn qızlarına Canan Aybükə, 2024-cü ildə anadan olan övladlarına isə Asım Özdəmir adını verib.

 

Ailənin üçüncü övladının adı hələlik açıqlanmayıb.

Tarix: 2 İyun 2026, 10:36   
Seçilən
25
pravda.az

1Mənbələr