AZ

Yatmazdan əvvəl ayağınıza soğan qoysanız nə baş verər?

Corabın içinə soğan qoymaq soyuqdəymə ilə mübarizədə istifadə olunan məşhur ev üsullarından biridir.

Azreform.info xəbər verir ki, Almaniyanın "Freundin.de" portalının məlumatına görə, bu üsulun qanı təmizləməyə kömək etdiyi də iddia olunur.

Köhnə “nənə resepti”nə əsasən, soğan dilimlərini ayaq altına qoymaq soyuqdəymə əlamətlərini azaltmağa kömək edir. Alman mütəxəssislər bu üsulun müəyyən təsirlər göstərə biləcəyini bildirirlər.

Onların sözlərinə görə, bunun səbəbi ayaqlardakı sinirlər və qan dövranı ilə əlaqədardır. İddia edilir ki, soğanın tərkibində olan bəzi maddələr orqanizmə təsir edərək qanın təmizlənməsinə, zərərli maddələrin və patogenlərin xaric edilməsinə kömək edə bilər.

Bundan əlavə, ayaq altına soğan qoyulması refleksoloji masaja bənzər təsir göstərə bilər. Bu isə akupressura üsulunda olduğu kimi müəyyən orqanlara müsbət təsir edə və qan dövranını stimullaşdıra bilər.

Mütəxəssislərin tövsiyəsinə görə, qalın bir soğan dilimini ayağın altına qoyub üzərindən corab geyinmək kifayətdir. Bu şəkildə gecəni yatmaq olar. Həkimlər bildirirlər ki, narahatlıq yaradan kəskin soğan qoxusundan çəkinməyə dəyməz, çünki ayaqların və otaq havasının daha təmiz qoxacağı iddia edilir.

Həmidə İbrahimova

Seçilən
1
2
azreform.info

3Mənbələr