AZ

Məşhur teleaparıcı istefa verdi Səbəbini özü açıqladı VİDEO

ain.az, Yenisabah portalına istinadən məlumat verir.

Məşhur teleaparıcı Könül Muxtarova “Space” televiziyası ilə yollarını ayırıb.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə sosial media hesabında açıqlama yayıb.

Aparıcı bildirib ki, üç aydır maaş ala bilmir və bu səbəbdən işdən çıxıb: Dominos pizza

“Bu gündən “Space” TV ilə yollarımı ayırdım. Səbəbi də odur ki, artıq bir neçə gündür rəhbərliklə razılaşmışam və bu gün hətta efirdən sağollaşmaq istəyirdim. Sadəcə olaraq mənə dedilər ki, səbr et bəlkə bir ortaq məxrəcə gəldik, amma olmadı. Burada haqq məsələsi var. Üç aydır çalışdığım kanaldan heç bir maaş ala bilmirəm. Bundan sonra da ödəniləcəyinə vəd verə bilmədiklərinə görə, hər kəslə sağollaşıb yollarımı ayırdım”.

Qeyd edək ki, “Space”də K.Muxtarova “Sevilən səhər” proqramının aparıcısı idi. Veriliş üç aydır ki, həftə içi hər gün səhər saatlarında efirə gedirdi.

Aydan Hacı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
4
yenisabah.az

5Mənbələr