İtaliya sahillərində 6,1 maqnitudada zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, zəlzələnin episentri təxminən 219 min əhalisi olan Messina şəhərindən 144 km şimalda, ocağı 25 km dərinlikdə yerləşib.