AZ

Netanyahu hər an hücum əmri verə bilər-Yaxın Şərqdə təhlükəli mərhələ başlayır

İsrail baş naziri Benyamin Netanyahu "X" sosial şəbəkəsindəki hesabında yazıb ki, İsrail Müdafiə Ordusuna Beyrutun cənubundakı Dahiyə rayonundakı obyektlərə zərbələr endirilməsi barədə göstəriş verilib. Onun sözlərinə görə, qərar "Hizbullah"ın Livandakı atəşkəs rejimini dəfələrlə və davamlı şəkildə pozmasına, həmçinin İsrail şəhərlərinə və vətəndaşlarına hücumlarına cavab olaraq qəbul edilib.

"Mən İsrail ordusuna və müdafiə naziri İsrael Katsa Beyrutun Dahiyə rayonundakı terror obyektlərinə zərbələr endirməyi tapşırdım", - B.Netanyahu qeyd edib.

Bu arada qeyd edək ki, bir neçə saat öncə bu hücumun təxirə salındığı yönündə xəbərlər yayılıb. Amma İsrailin yenidən hücum əmri verəcəyi istisna edilmir. Müsavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
1
olaylar.az

10Mənbələr