AZ

Növbəti iki gün bəzi rayonlarda hava yağıntılı olacaq -XƏBƏRDARLIQ

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq iyunun 2-si səhərdən 3-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

 

Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

 

Seçilən
54
49
senzor.az

10Mənbələr