İyunun qeyri-iş günləri müəyyənləşdi — 2 dəfə 3 gün ardıcıl evdəyik
İyunda Azərbaycanda işçiləri uzunmüddətli istirahət günləri gözləyir. Ay ərzində iki dəfə ardıcıl üç gün qeyri-iş günü olacaq.
Rəsmi istehsalat təqviminə əsasən, bu ay ölkədə iki dövlət bayramı qeyd edilir. İyunun 15-i Milli Qurtuluş Günü, iyunun 26-sı isə Silahlı Qüvvələr Günüdür.
Milli Qurtuluş Günü həftənin bazar ertəsinə düşür. Bu səbəbdən şənbə və bazar günləri də bura əlavə olunmaqla ardıcıl üç gün (13, 14 və 15 iyun) istirahət elan edilir.
Silahlı Qüvvələr Günü isə cümə gününə təsadüf edir. Nəticədə növbəti həftəsonu ilə birlikdə daha üç gün (26, 27 və 28 iyun) qeyri-iş günü olacaq.
Ümumilikdə, beşgünlük qrafiklə işləyən vətəndaşlar iyun ayında həftəsonları da daxil olmaqla 10 gün istirahət edəcəklər.
Yəni, iyun ayındakı bayramlar şənbə və bazar günlərinə yaxın günlərə düşdüyü üçün ay ərzində iki dəfə üçgünlük ardıcıl istirahət imkanı yaranır və ümumi istirahət günlərinin sayı 10-a çatır.
Demokrat.az