AZ

"Hizbullah" Livanın bütün ərazisində atəşkəsə razılıq verib

"Hizbullah" radikal qruplaşması Livanın bütün ərazisi üzrə hərbi əməliyyatlara son qoymağı təmin edəcək atəşkəsə razılıq verib.

"Far.Az"un "Lebanon Debate"yə istinadən məlumatına görə, bu barədə hərəkatın parlament fraksiyasının üzvü Həsən Fədlallah bildirib.

O, həmçinin atəşkəsin İsrail qoşunlarının Livandan tamamilə çıxarılmasına zəmin yaradacağına ümid etdiyini deyib.

"İsrailin şərtlərə əməl edəcəyi təqdirdə Livanın bütün ərazisində tam və hərtərəfli atəşkəsi dəstəkləyirik", - deputat bildirib.

H.Fədlallahın sözlərinə görə, İsrail atəşkəsi qorumaq, Livanın cənubundakı evlərin və kəndlərin dağıdılmasının qarşısını almaq üçün qəti öhdəlik götürməlidir.

Seçilən
93
far.az

1Mənbələr