AZ

40 yaşında karyerasını bitirdi

style='margin-bottom:10px;'>

İngiltərə futbolunun əfsanələrindən Ceyms Milner peşəkar karyerasını başa vurub.

QOL.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi sosial şəbəkə paylaşımı ilə futboldan getdiyini açıqlayıb. Son olaraq “Brayton”da çıxış edən Milner Premyer Liqada 24 mövsüm oynadıqdan sonra karyerasını yekunlaşdırıb.

Qeyd edək ki, o, “Lids”, “Nyukasl”, “Aston Villa”, “Mançester Siti”, “Liverpul” və “Brayton” kimi klubların formasını geyinib və üç dəfə İngiltərə çempionu olub.

Xatırladaq ki, Milner Premyer Liqa tarixində 658 oyunla ən çox matç keçirən futbolçu kimi rekorda sahibdir. Ümumilikdə isə karyerasında 903 oyunda 86 qol və 135 assistlə yadda qalıb.
 

Seçilən
41
1
teleqraf.com

2Mənbələr