AZ

''İran danışıqları dayandırdığı barədə ABŞ-a məlumat verməyib'' - Tramp

ABŞ Prezidenti Donald Tramp İranın danışıqları dayandırması ilə bağlı Vaşinqtona hər hansı məlumat vermədiyini bildirib.


Manset.az xəbər verir ki, NBC News-a açıqlamasında Tramp İranla bağlı məsələlərin həddindən artıq müzakirə edildiyini qeyd edib.

“Məncə, biz bu barədə həddindən artıq danışmışıq. Düşünürəm ki, bir az susmaq yaxşı olardı”, - ABŞ prezidenti vurğulayıb.

Tramp əlavə edib ki, danışıqların mümkün dayandırılması İranın yenidən bombardman olunacağı anlamına gəlmir.

Bununla yanaşı, o bildirib ki, ABŞ İran ətrafında tətbiq etdiyi dəniz blokadasını davam etdirəcək.

Seçilən
13
7
manset.az

8Mənbələr