AZ

Taleh Şahsuvarlı Prezidentin köməkçisi Zeynal Nağdəliyevə müraciət etdi: "Sabunçu icra hakimiyyəti ərizəmizə məhəl qoymur"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev cənablarına

Çox hörmətli Zeynal müəllim,

Ümid edirəm ki, məni qiyabi tanıyırsınız. AzNews.az analitik-informasiya portalının baş redaktoru, “Pragma” Sosial inkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin sədriyəm. Vətən müharibəsi iştirakçısıyam. Prezident İlham Əliyev tərəfindən 2025-ci ildə jurnalistika sahəsindəki xidmətlərimə görə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Bakı şəhəri, Sabunçu rayonunda yaşayıram.

Yaşadığım ərazidə yağış suları bəzi evlərin damından birbaşa küçəyə axıdılır. Bu, müvafiq sahədə bütün qanunlara ziddir. Nəticədə küçədəki digər evləri su basır, hərəkət etmək mümkün olmur, qəza vəziyyətləri yaranır, sanitar-epidemoloji vəziyyət pisləşir, ətraf mühitə zərər dəyir.

Bu vəziyyəti aradan qaldırmaq üçün ilk növbədə evlərin damından birbaşaya küçəyə axıdılan yağış sularının qarşısını almaqla tədbirlər görmək Sabunçu rayon İcra hakimiyyətinin vəzifəsidir.Bu barədə artıqiki dəfə Sabunçu rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyevə rəsmən ərizə ilə müraciət etmişəm. Ərizə ilə bağlı hər hansı məlumat almaq üçün İcra başçısının köməkçisinə də telefonla müraciət etmiş, lakin heç bir qaneedici cavab almamış, məmur etinasızlığı ilə üzləşmişəm. Beləliklə icra hakimiyyətinə etdiyim bütün müraciətlər nəticəsiz qalıb. Halbuki yaranan riskli vəziyyəti aradan qaldırmaq üçün yalnız icra başçısının məsələyə diqqət göstərməsi və müvafiq tapşırıqlar verməsi lazımdır.

Çox hörmətli Zeynal müəllim,

Seçilən
29
aznews.az

1Mənbələr