AZ

FHN şəhid övladları üçün “açıq qapı günü” tədbirləri keçirdi

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları olan uşaqlar üçün silsilə “açıq qapı günü” tədbirləri keçirilib.

Publika.az xəbər verir ki, tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, FHN əməkdaşlarının peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və regional mərkəzlərinin təşkilatçılığı, FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə keçirilmiş tədbirlərdə şəhid ailələrinin üzvləri, FHN-in, yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə, tədbirlərin iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Dahi Rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seçilən
2
8
publika.az

10Mənbələr