AZ

Bakıda milyonluq mənzillər və villalar hərraca çıxarılır SİYAHI

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan bir sıra daşınmaz əmlaklar iyunun 18-də hərraca çıxarılacaq.

BAKU.WS-in məlumatına görə, hərraca Bakının müxtəlif rayonlarında yerləşən mənzillər, fərdi yaşayış evləri, bağ evi, qarajlar və qeyri-yaşayış sahələri təqdim ediləcək.

Siyahıda ən diqqətçəkən əmlaklardan biri Nəsimi rayonu, 28 May küçəsində yerləşən 638,7 kvadratmetrlik qeyri-yaşayış sahəsidir. Həmin obyektin ilkin satış qiyməti 4 milyon 644 min 500 manat müəyyən edilib.

Satışa çıxarılan əmlaklar arasında 741,92 kvadratmetrlik mənzil də yer alır. Nəsimi rayonunda yerləşən həmin mənzilin ilkin satış qiyməti 1 milyon 855 min manat təşkil edir.

Bundan başqa, Nərimanov rayonunda yerləşən iki fərdi yaşayış evi ayrı-ayrılıqda 1 milyon 100 min manat və 950 min manata, Binəqədi rayonundakı fərdi yaşayış evi isə 1 milyon 100 min manata hərraca çıxarılacaq.

Hərrac siyahısında 28 May küçəsində yerləşən 17-32 kvadratmetr sahəyə malik çoxsaylı qarajlar da var. Bu qarajların əksəriyyətinin ilkin satış qiyməti 44 min 500 manat, daha böyük sahəyə malik olanların isə 53 min manatdır.

Ümumilikdə satışa çıxarılan əmlakların əhəmiyyətli hissəsi Nəsimi rayonu ərazisində yerləşir. Hərracda iştirak etmək istəyən şəxslər müəyyən edilmiş məbləğdə beh ödəməli və tələb olunan sənədləri hərracdan ən geci üç bank günü əvvəl təqdim etməlidirlər.

Daşınmaz əmlakların siyahısını təqdim edirik:

Əmlakın növü Ünvan Sahəsi (kv.m) İlkin satış qiyməti (AZN) Beh (AZN) Qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, 13 saylı qaraj 26 44.500 2.225 Qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, 19 saylı qaraj 23 44.500 2.225 Qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, 12 saylı qaraj 25 44.500 2.225 Qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, 22 saylı qaraj 32 53.000 2.650 Qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, 24 saylı qaraj 18 44.500 2.225 Qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, 30 saylı qaraj 19 44.500 2.225 Qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, 16 saylı qaraj 23 44.500 2.225 Qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, 17 saylı qaraj 24 44.500 2.225 Qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, 18 saylı qaraj 24 44.500 2.225 Qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, 15 saylı qaraj 32 53.000 2.650 Qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, 14 saylı qaraj 26 44.500 2.225 Mənzil Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, mənzil 49 741,92 1.855.000 92.750 Mənzil Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, mənzil 35 124,6 379.000 18.950 Mənzil Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, mənzil 4 124,6 374.000 18.700 Mənzil Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, mənzil 33 124,6 379.000 18.950 Mənzil Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, mənzil 27 124,6 374.000 18.700 Mənzil Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, mənzil 2 123,4 358.000 17.900 Mənzil Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, mənzil 25 124,6 374.000 18.700 Qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, 23 saylı qaraj 17 44.500 2.225 Qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, 21 saylı qaraj 19 44.500 2.225 Qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, 20 saylı qaraj 23 44.500 2.225 Qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, 11 saylı qaraj 24 44.500 2.225 Qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, 27 saylı qaraj 18 44.500 2.225 Qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A, 28 saylı qaraj 17 44.500 2.225 Qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, giriş 4 213 788.000 39.400 Bağ evi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 25 557,8 445.000 22.250 Fərdi yaşayış evi Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, ev 4 534,5 950.000 47.500 Qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, məhəllə 381, ev 71, qapı 1 398,6 1.514.000 75.700 Fərdi yaşayış evi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, ev 8, keçid 4 314,3 1.100.000 55.000 Qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 21B 262 1.205.000 60.250 Fərdi yaşayış evi Bakı şəhəri, Nərimanov rayonu, Tarıverdiyev küçəsi, ev 9A 462,3 1.100.000 55.000 Mənzil Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 747-ci məhəllə, ev 21, mənzil 45 127,5 304.000 15.200 Mənzil Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 747-ci məhəllə, ev 21, mənzil 47 165,4 394.000 19.700 Qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 21A 638,7 4.644.500 232.225

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
2
baku.ws

3Mənbələr