"Qəbələ" üç futbolçu ilə yolları ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İbrahim Sanqare və Rüfət Əhmədovla müqavilə müddəti başa çatıb.
Həmçinin CAR-ın “Stellenboş” klubundan icarəyə götürülmüş Turan Manafovun icarə müaviləsi bitib.
Klub onlara göstərdikləri xidmətlərə görə təşəkkür edib.