AZ

İran bunu atəşkəsin pozulması hesab edir Əraqçi

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran və ABŞ arasında atəşkəsin şərtləri İsrailin Livandakı hərbi əməliyyatlarına da şamil edilirdi. Ona görə də Tehran hərbi əməliyyatların davam etməsini bütün cəbhələrdə atəşkəsin pozulması hesab edir.

"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi özünün X hesabında yazıb.

Onun sözlərinə görə, İran və ABŞ arasında atəşkəs qeyd-şərtsiz olaraq Livan da daxil olmaqla bütün hərbi əməliyyat zonalarına şamil edilir. Onun hər hansı bir hərbi cəbhədə pozulması bütün cəbhələrdə atəşkəsin pozulması deməkdir.

Əraqçi vurğulayıb ki, bu pozuntuların nəticələrinə görə məsuliyyət tamamilə ABŞ və İsrailin üzərinə düşür.

Ağarza Elçinoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
unikal.az

2Mənbələr