Bu il fəaliyyətinin 10 illiyini qeyd edən "OBA" marketlər şəbəkəsi “Qonşuluqda 10 iz” KSM layihələri çərçivəsində 1 İyun – Uşaqların Müdafiəsi Günü münasibətilə “Onlarla sevinc” adlı sosial təşəbbüsü həyata keçirib.
Publika.az xəbər verir ki, təşəbbüs çərçivəsində Xocalıda fəaliyyət göstərən "OBA 2" mağazasının önündə bölgədə yaşayan uşaqlar üçün xüsusi bayram tədbiri təşkil olunub.
Balacalar əyləncəli proqramlarda iştirak edib, müxtəlif sürprizlərlə sevindirilib, onlar üçün unudulmaz anlar yaradılıb.
“Qonşuluqda 10 iz” layihəsinin əsas məqsədi insanların həyatına müsbət dəyər qatmaq, birlik və həmrəylik hissini gücləndirməkdir. “Onlarla sevinc” təşəbbüsü də Xocalı balalarının üzündə təbəssüm yaratmaqla bu məqsədə xidmət edib.
“OBA” marketlər şəbəkəsi fəaliyyətinin 10-cu ilində də sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq cəmiyyətin müxtəlif təbəqələrinə dəstək göstərməyə davam edir. Xocalıda keçirilən bu bayram tədbiri isə uşaqların sevincini bölüşmək və onların həyatında xoş xatirə yaratmaq məqsədi daşıyıb. Uşaqların xoşbəxtliyi ilə rənglənən bu gün bir daha qayğının, paylaşmağın və qonşuluq dəyərlərinin önəmini nümayiş etdirib.