1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə Benilüks Azərbaycanlıları Konqresinin (Benelux Azerbaijanis Congress) sədri Elsəvər Məmmədovun dəstəyi ilə növbəti xeyriyyə aksiyası həyata keçirilib.
Newscenter.az xəbər verir ki. aksiya çərçivəsində sosial qayğıya ehtiyacı olan, 5 azyaşlı övlad böyüdən ailə yaşadığı ünvanda ziyarət edilib. Görüş zamanı uşaqların bayramı səmimi şəkildə təbrik olunaraq onlara müxtəlif bayram sovqatları, hədiyyələr təqdim olunub. Eyni zamanda ailəyə maddi yardım göstərilərək onların gündəlik ehtiyaclarının qarşılanmasına dəstək verilib.
Tədbirin əsas məqsədi Beynəlxalq Uşaqlar Günündə uşaqlara sevinc bəxş etmək, onlara diqqət və qayğı göstərmək, həmçinin cəmiyyətimizdə humanizm, xeyirxahlıq və sosial həmrəylik dəyərlərinin təşviqinə töhfə vermək olub.
Ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə edərək, bu cür təşəbbüslərin ehtiyacı olan ailələr üçün böyük mənəvi dəstək olduğunu vurğulayıblar.
Qeyd edək ki, Benilüks Azərbaycanlıları Konqresi bundan sonra da sosial həssas təbəqələrə dəstək göstərilməsi istiqamətində xeyriyyəçilik fəaliyyətlərini davam etdirməyi qarşısına məqsəd qoyub.
Süleyman