
Rusiya hökuməti aviasiya yanacağının ixracına 30 noyabra qədər müvəqqəti qadağa qoyulduğunu bəyan edib.
AFN.az xəbər verir ki, Rusiya hökumətindən verilən açıqlamada aviasiya yanacağının ixracı ilə bağlı qəbul edilən qərar öz əksini tapıb.
Aviasiya yanacağının ixracının 30 noyabra qədər 5 ay müddətinə qadağan edildiyinə diqqət çəkilən bəyanatda "Qəbul edilən qərarın məqsədi daxili yanacaq bazarında sabitliyi təmin etməkdir" ifadəsi işlənilib.
Açıqlamada hökumətlərarası sazişlər çərçivəsində həyata keçirilən tədarüklərin bu qadağadan azad ediləcəyi qeyd olunub.
Xatırladaq ki, Rusiyada benzin ixracına da aprelin 1-dən etibarən qadağa qoyulub və hökumət daxili bazarda sabitliyi qorumaq üçün zaman-zaman müxtəlif yanacaq növlərinin ixracına məhdudiyyətlər tətbiq edir.