Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu ilin yanvar-mart aylarında Azərbaycana Afrika qitəsi ölkələrindən ümumilikdə 3 min 380 turist səfər edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur.
Üç ay ərzində ölkəyə Əlcəzairdən 1 073 nəfər (+87,3 %), Mərakeşdən 616 nəfər (-12,3 %), Komor adalarından 260 nəfər (-26,3 %), Nigeriyadan 236 nəfər (2 dəfə çox), Cənubi Afrikadan 228 nəfər (-24,3 %), Sudandan 221 nəfər (-19,9 %), Efiopiyadan 113 nəfər (2,9 dəfə çox), Keniyadan 83 nəfər (-33,1 %), Tunisdən isə 81 nəfər (+5,5 %) turist Azərbaycana səfər edib.
Bundan başqa, ölkəmiz Qanadan 56 nəfər (+3,7 %), Liviyadan 44 nəfər (+2,3 %), Sierra-Leonedən 38 nəfər (6,3 dəfə çox), Somalidən 30 nəfər (-41,2 %), Çaddan 22 nəfər (3,1 dəfə artıb), Mavritiusdan 22 nəfər (+22,2 %), Seneqaldan 22 nəfər (+69,2 %), Uqandadan 20 nəfər (-35,5 %), Fil Dişi Sahilindən 19 nəfər (2,1 dəfə artıb),
Kamerundan 17 nəfər (-32 %), Zimbabvedən 17 nəfər (-10,5 %), Tanzaniyadan 16 nəfər (-27,3 %), Demokratik Konqodan 14 nəfər (3,5 dəfə artıb), Qvineyadan 13 nəfər (-71,7 %), Ruandadan 13 nəfər (+30 %), Eritreyadan 10 nəfər (+25 %), Burkina Fasodan 10 nəfər (3,3 dəfə çox), Konqodan 10 nəfər (10 dəfə çox), Mavritaniyadan isə 10 nəfər (-47,4 %) turist qəbul olunub.
Həmçinin üç ay ərzində Malidən 8 nəfər (-33,3 %), Mozambikdən 6 nəfər (+50 %), Nigerdən 6 nəfər (+50 %), Qabondan 6 nəfər (2 dəfə çox), Burundidən 5 nəfər (-28,6 %), Qambiyadan 5 nəfər (-37,5 %), Anqoladan 4 nəfər (2 dəfə çox), Benindən 4 nəfər (2 dəfə çox), Svazilenddən 4 nəfər (ötən ilin ilk rübündə gələn olmayıb),
Toqodan 4 nəfər (-20 %), Namibiyadan 3 nəfər (-25 %), Sudandan 3 nəfər (ötən ilin ilk rübündə gələn olmayıb), Zambiyadan 3 nəfər (-40 %), Cibutidən 2 nəfər (-77,8 %), Liberiyadan 2 nəfər (-85,7 %), Madaqaskardan isə 1 nəfər (-75 %) turist Azərbaycana səfər edib.
Bu ilin I rübündə Azərbaycana 172 ölkədən ümumilikdə 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.Maraqlıdır, Avropa ölkələrindən turist axınının artması üçün hansı tədbirlər görülməlidir?
Turizm eksperti Ceyhun Aşurov “Cebheinfo.az”-a bildirib ki, Afrikadan Azərbaycana turist axını artıb:

“Çünki bu ölkəmizin bir çox Afrika ölkələri ilə münasibətləri, Qoşulmama Hərəkatındakı birgə fəaliyyətləri, onlarla dövlət səviyyəsində münasibətlərin yaxşılaşması və bir çox tədbirlərə məhz həmin ölkələrdən daha çox turistlərin gəlməsi ilə əlaqədardır.
“Bu say olaraq o qədər də böyük görünməsə də, faiz olaraq artım daha nəzərəçarpandır. Təbii ki, Avropa və digər ölkələrdən də Azərbaycana turistlər gəlir və bizim üçün də maraqlıdır ki, ölkəmizə gələn turistlərin sayı artsın. Bunun üçün xüsusilə Avropa ölkələrindən viza prosedurları sadələşib və onlayn vizalar almaq mümkündür”.
Ekspert qeyd edir ki, bir sıra ölkələrlə viza rejiminin ləğv olunduğu kimi, Azərbaycanın turizm potensialı olan Avropa ölkələri üçün də viza tələblərinin aradan qaldırılması və eyni zamanda bu coğrafiyanın genişləndirilməsi lazımdır:
“Məhz həmin ölkələrdən Azərbaycana uçuş biletlərinin, nəqliyyat xərclərinin azaldılması və səmərəliləşdirilməsi istiqamətində müəyyən addımların atılması gələn turist sayını artıra bilər”.
Aişə Abdulova
“Cebheinfo.az”
Açar sözlər:
Turist sayı Ceyhun Aşurov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.